backend

Suraxanıda intihar edən İntiqam Zamanovun bacısı OD PÜSKÜRDÜ: "Bu ata qatilinə kimlər havadarlıq edir?" - Video

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayonunun Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı xəbərləri müntəzəm olaraq oxucularımızın diqqətinə catdırmışıq.

Mərhum İntiqam Zamanovun bacısı Diləfruz Binnət qızı İsmayılova BİA.az-a açıqlamasında bildirib ki, artıq hər kəs mərhumun heç bir günahının olmadığını, intihara vadar edildiyini bilir: “Əvvəl heç cinayət işi açmırdılar. Bizim davamlı müraciətlərimizdən sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi açıldı. Amma cinayəti ört-basdır etməyə cəhdlər var, cünki 9 aydan cöx kecməsinə baxmayaraq istintaq işi barədə bizə hec bir məlumat verilmir." deyə  Diləfruz xanım bildirib. 

Diləfruz İsmayılovanın sözlərinə görə, cinayətin ört-basdır etmək cəhdləri əsasən mərhumun oglu tərəfindən edilir: “Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır.

Şikayətci bildirir ki, Elgün Zamanov Bakı aeroportunda mühafizəci işləyirdi: "Biz, AZAL-ın kecmiş prezidenti Cahangir Əsgərova müraciət etdik ki, öz dogma atasını şərləyərək ölümünə bais olan bir adamın belə bir mühüm sahədə işləməyi yolverilməzdir. Aşagıda təqdim etdiyim səs yazısında Elgün Zamanovun mərhum atası haqqında səsləndirdiyi fikirləri də ona ünvanladıq. Cənab Cahangir Əsgərov Elgün Zamanov barədə ciddi ölcü götürdü. o vəzifəsindən alındı. Lakin bu yaxınlarda o, hansı yollasa yenidən işinə qaytarılıb. Hətda AZAL-ın prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayevin adından isdifadə edərək bizlərə hədə-qorxu da gəlməkdən cəkinmir. Mənimcün dogrudan da maraqlıdır ki, bu ata qatilinə kimlər havadarlıq edir? Cəzasızlıq bu adamı o qədər qudurdub ki, vəkili, jurnalisti belə təhqir edir, "mənə hec kim bata bilməz" deyə meydan sulayır."Diləfruz İsmayılova sonda bildirib.

.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


BİA.az