Qaynarxett.az deputatın paylaşımını təqdim edir.
Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti oktyabrın 14-də Pakistanın Lahor şəhərində səfərdə oldu.
Lahor şəhərində Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini və Badşahi məscidini ziyarət etdik.
Daha sonra Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüş keçirildi.
Görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olundu. Qeyd olundu ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Dövlət başçılarımız arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.



