backend

Vəzifəli şəxslər gəlirlərini niyə açıqlamırlar? – Deputat

Məlum olduğu kimi, 24 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında” qanun prezidentin təsdiqi ilə qüvvəyə minib.
Bəs, bu qanunda nəzərdə tutulan məsələlərin icrası həyata keçirilirmi?

Qaynarxett.az xəbər verir ki,Hurriyyet.az-a danışam Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev isə hesab edir ki, qanunun tam şəkildə tətbiq olunması üçün ilk növbədə elektron bəyannamə sistemi yaradılmalıdır.
“Şəffaflıq və hesabatlılıq bu gün dövlət idarəçiliyinin əsas prinsiplərindən biridir. Qanunun icrasını təmin etmək üçün ilk növbədə elektron bəyannamə sistemi yaradılmalı və bütün vəzifəli şəxslər üçün məcburi qaydada tətbiq olunmalıdır. Eyni zamanda, məsul qurumlar, məsələn, Hesablama Palatası və ya Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu prosesə nəzarəti gücləndirməlidirlər”, – millət vəkili deyib.
MCP başqanı vurğulayıb ki, bu məlumatların ictimaiyyətə açıq şəkildə paylaşılması vacibdir.
“Müəyyən vəzifə qruplarının gəlir və əmlak məlumatlarının ictimaiyyət üçün açıq şəkildə paylaşılması da vacibdir. Bu addımlar həm dövlət idarəçiliyində şəffaflığın artmasına, həm də vətəndaşların dövlətə olan etimadının güclənməsinə xidmət edəcək”, – deputat deyib.