backend

Razi Nurullayev Gömrük işçilərinin peşə bayramı münasibəti ilə təbrik etdi

Bu gün Gömrük işçilərinin peşə bayramıdır.

Gömrük orqanları dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, qanunvericiliyin icrasında, milli maraqların qorunmasında mühüm institusional rol oynayır. Bu sahədə xidmət edən əməkdaşların fəaliyyəti dövlətçiliyin möhkəmləndirilməsinə, ölkənin iqtisadi sabitliyinə və hüquqi nizamın qorunmasına birbaşa töhfə verir.

Gömrük sistemində çalışan bütün işçiləri peşə bayramı münasibətilə təbrik edir, onlara məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzulayıram. Dövlətə və qanuna sədaqətlə xidmət prinsiplərinin bundan sonra da əsas meyar olaraq qorunacağına inanıram.

Gömrük Komitəsinin sədri Şahin Bağırovu general-polkovnik ali rütbəsini, o cümlədən Gömrük Komitəsinin sədrinin müavini Fuad Məmmədovu isə general-mayor ali rütbəsini alması münasibətilə təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram.

Razi Nurullayev
Milli Məclisin deputatı