Qaynarxett.az xəbər verir ki, sakinlərin müraciətləri əsasən səhiyyə, sosial müdafiə, infrastruktur layihələri, təhsil və digər sahələri əhatə edib. Deputat hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılacağını bildirib.
Qəbul zamanı səsləndirilən müraciətlər qeydə alınıb və onların həlli istiqamətində müvafiq qurumlarla əlaqə saxlanılaraq lazımi addımların atılacağı qeyd olunub.







