“Rəqəmsal iqtisadiyyatın görünməyən, lakin həlledici əsaslarından biri də enerjidir. Data mərkəzləri, bulud texnologiyaları və süni intellekt platformaları yüksək hesablama gücü ilə yanaşı, davamlı və etibarlı elektrik təchizatı tələb edir. Bu mənada Azərbaycanın son illərdə yaratdığı enerji potensialı yeni rəqəmsal mərhələnin strateji təminatına çevrilir. Ölkənin generasiya gücünün əhəmiyyətli dərəcədə artması və müxtəlif mənbələr – qaz, hidro, günəş və külək enerjisi hesabına şaxələndirilməsi mühüm üstünlükdür. Bu gün mövcud olan əlavə ehtiyat güclər yalnız daxili tələbatın təminatı deyil, həm də yüksək enerji tutumlu rəqəmsal layihələrin reallaşdırılması üçün əlverişli imkanlar açır. Cənab Prezident İlham Əliyevin bu mövzuya həsr olunmuş müşavirədə vurğuladığı kimi, rəqəmsallaşma və süni intellekt infrastrukturunun qurulması məhz belə enerji bazasına söykənməlidir. Bu yanaşma göstərir ki, Azərbaycan texnoloji inkişafı enerji strategiyası ilə paralel planlaşdırır.”
Bu fikirləri açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Deputat bildirib ki, süni intellektin dövlət idarəçiliyində tətbiqi məsələsi yeni mərhələnin ən innovativ istiqamətlərindən biridir: “Dünyanın inkişaf etmiş ölkələrində artıq qərar qəbuletmə proseslərində analitik alətlərdən geniş istifadə olunur. Bu texnologiyalar böyük həcmli məlumatların təhlilini sürətləndirir, alternativ ssenariləri modelləşdirir və riskləri əvvəlcədən müəyyən etməyə imkan verir. Cənab Prezident İlham Əliyev bu istiqamətdə dövlət qurumlarının daha fəal olmasının vacibliyini önə çəkərək göstərdi ki, rəqəmsallaşma yalnız xidmət sahəsində deyil, idarəetmənin özündə keyfiyyət dəyişiklikləri yaratmalıdır. Eyni zamanda, özəl sektorun bu prosesə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Süni intellekt həllərinin biznes mühitində tətbiqi məhsuldarlığın artmasına, innovativ startap ekosisteminin formalaşmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər. Dövlət tərəfindən təşviq mexanizmlərinin hazırlanması isə bu prosesin sürətlənməsinə xidmət edəcək. Beləliklə, rəqəmsal transformasiya təkçə bütövlükdə iqtisadi sistemin yenilənməsi deməkdir. Rəqəmsal suverenliyin digər mühüm istiqaməti kibertəhlükəsizlikdir. Qlobal miqyasda artan kiberhücumlar göstərir ki, informasiya infrastrukturunun qorunması milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın da mürəkkəb və koordinasiyalı hücumlara məruz qalması bu sahəyə xüsusi həssaslıqla yanaşmağın zəruriliyini ortaya qoyur. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi rəqəmsal mühitin dayanıqlığını təmin edən əsas şərtlərdəndir. Bu kontekstdə Prezidentin birbaşa nəzarəti altında aparılan müzakirələr həm daxili strukturlara, həm də xarici tərəfdaşlara aydın mesaj verir: Azərbaycan rəqəmsal inkişafı epizodik təşəbbüs kimi deyil, dövlət prioriteti kimi qəbul edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



