Qaynarxett.az-ın məlumatına görə, mərasimdə şəhidin doğmaları, şəhərin rəsmi şəxsləri, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, hərbçilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahin Kərimov 14 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, 1993-cü il aprelin 8-də Kəlbəcərin müdafiəsi zamanı ağır yaralanaraq itkin düşüb.
Şəhidin nəşi 33 ildən sonra Meydançay ərazisində, keçmiş döyüş mövqelərindən birində aşkar edilib.
Vida mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini çıxış edərək şəhidə Allahdan rəhmət, ailəsinə isə səbir diləyiblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.








