Deputat Könül Nurullayeva Vətən müharibəsi şəhidi, Nizami rayon sakini Cəfərov Vüqar İnşallah oğlunun doğum günü münasibətilə paylaşım edib.
Deputat bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu kimi Vətən müharibəsində iştirak edən Vüqar Cəfərov Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun iştirak etdiyi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaət yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən Vüqar Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Deputat şəhidin xatirəsini ehtiramla yad edərək vurğulayıb ki, Vətənimizin mərd oğlu Vüqar Cəfərovun, eləcə də bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah şəhidlərimizə rəhmət eləsin! Sayənizdə Qarabağ Azərbaycandır!
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət







