Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 08 aprel 2026-cı il tarixdə imzalanan Fərmanla “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə və “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nə edilən dəyişikliklər ölkədə təbii sərvətlərin idarə olunması və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm yeniliklərə yol açır.
Dəyişikliklər iqtisadi fəaliyyətin, xüsusilə faydalı qazıntıların işlənilməsi və kənd təsərrüfatının inkişafı kimi prioritet istiqamətlərin dəstəklənməsinə xidmət edir. Eyni zamanda, bu proseslərin ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi üçün əlavə təminatlar yaradır. Bu yanaşma davamlı inkişaf prinsiplərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni qaydalara əsasən torpaq kateqoriyalarının dəyişdirilməsi, xüsusilə meşə fondu torpaqları ilə bağlı qərarların qəbulu zamanı rəyvermə mexanizmi daha da təkmilləşdirilib. Bu isə qərarların daha şəffaf, əsaslandırılmış və məsuliyyətli şəkildə verilməsinə imkan yaradacaq.
Bununla yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi imkanları genişləndirilir ki, bu da kənd təsərrüfatı sektorunun inkişafına əlavə təkan verəcək.
“Dövlət Ekoloji Ekspertiza Agentliyi”nin səlahiyyətlərinin dəqiqləşdirilməsi isə ekoloji qiymətləndirmə prosesinin effektivliyini artırmaqla yanaşı, təbii sərvətlərin istismarı zamanı ekoloji tarazlığın qorunmasına əlavə zəmanət yaradır.
Milli Məclisin deputatı Fatma Yıldırım məsələ ilə bağlı paylaşımında qeyd edib ki, həyata keçirilən bu dəyişikliklər iqtisadi inkişafla ekoloji təhlükəsizlik arasında balansın daha səmərəli qurulmasına, qərarvermə prosesində peşəkarlığın və məsuliyyətin artırılmasına xidmət edir.
Deputatın sözlərinə görə, bu addımlar təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin qorunması istiqamətində dövlət siyasətinin ardıcıl davamıdır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial
gundem / Sosial
gundem / Sosial









