25 aprel — Albert Aqarunovun doğum günü münasibətilə onun əziz xatirəsi dərin ehtiramla yad olunub.
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov bu münasibətlə paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçən qəhrəmanlar xalqımızın qürur mənbəyidir. Bildirilib ki, onlar bu torpağın şərəfi, xalqımızın vicdanı və müstəqil Azərbaycanın əbədi dayağıdır.
Vurğulanıb ki, şəhidlərin müqəddəs ruhları daim Vətənimizin üzərində dayanaraq onu qoruyur, xalqımıza güc və mənəvi dayaq verir. Onların bizə miras qoyduğu qəhrəmanlıq ruhunun bu gün də yaşadığı və gələcək nəsillərə örnək olduğu diqqətə çatdırılıb.
Sonda bütün şəhidlərimizə Allahdan rəhmət dilənib, onların xatirəsinin hər zaman uca tutulacağı qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial



