backend

Eynibulaq kənd məktəbində mövcud problemlər müzakirə olundu

Deputat Müşfiq Məmmədli Siyəzən rayonunda təhsil sahəsində görülən işlərlə bağlı paylaşım edib.

O bildirib ki, ölkənin bütün bölgələrində olduğu kimi, Siyəzən rayonunda da təhsil sisteminə xüsusi önəm verilir. Bu çərçivədə yeni məktəblər inşa olunur, mövcud təhsil ocaqlarında isə cari təmir işləri aparılır. Məqsəd şagirdlərin keyfiyyətli və əlçatan təhsil almasını təmin etməkdir.

Deputat qeyd edib ki, bu istiqamətdə Eynibulaq kənd məktəbi ziyarət olunub. Məktəbin mövcud problemləri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, görüləcək işlər müəyyənləşdirilib.

Səfər çərçivəsində məktəbdə keçirilən görüşdən əvvəl kənd sakinləri ilə də bir araya gəlinib. Görüş zamanı kəndin inkişafı, mövcud sosial məsələlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.