backend

Deputat Eynibulaq kəndində seçicinin evində görüş keçirib

Deputat Müşfiq Məmmədli seçicilərlə növbəti görüşü barədə paylaşım edib.

O qeyd edib ki, qeyri-rəsmi şəraitdə keçirilən görüşlər daha səmimi və maraqlı müzakirələrlə yadda qalır. Bildirilib ki, Eynibulaq kənd sakininin müraciəti əsasında onun evinə baş çəkilib.

Görüş zamanı seçici və onun qonşuları ilə bir araya gələrək müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, onları narahat edən məsələlər dinlənilib.