backend

Deputat: “Antalya Diplomatiya Forumu Azərbaycanın artan beynəlxalq rolunun bariz göstəricisidir”

Milli Məclisin deputatı Fatma Yıldırım Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu ilə bağlı paylaşım edib.

Deputat qeyd edib ki, forumun açılış mərasimi müasir beynəlxalq münasibətlər sistemində dialoq, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı ölkəmizin beynəlxalq nüfuzunun və diplomatik fəallığının növbəti təzahürüdür.

Paylaşımda vurğulanıb ki, Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirərək regionda və daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Deputat bildirib ki, Antalya Diplomatiya Forumu müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, nazirləri və beynəlxalq təşkilat rəhbərlərini bir araya gətirən mühüm platformadır. Bu çərçivədə aparılan müzakirələr qlobal təhlükəsizlik, sülh quruculuğu və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir.

Sonda Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın belə mötəbər beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin artan beynəlxalq rolunun və təşəbbüskarlığının bariz göstəricisidir.