Tədbir çərçivəsində muğam ustadlarının söz və səs ahəngində təqdim etdikləri ifalar dinləyicilərə yüksək estetik zövq bəxş edib. İştirakçılar milli musiqimizin zənginliyini və dərin mənəvi qatlarını bir daha yaxından hiss etmək imkanı qazanıblar.
Gecədə çıxış edənlər milli-mədəni irsimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu kimi tədbirlər Azərbaycan musiqisinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin bədii hissəsində “Niyal” ansamblının çıxışı xüsusi maraqla qarşılanıb. Ansambl milli musiqi ənənələrini yüksək peşəkarlıqla təqdim etməsi və özünəməxsus ifa üslubu ilə seçilməsi ilə diqqət çəkib.





