“Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir” mövzusunda təşkil edilən dəyirmi masada ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrdən, onun zəngin elmi irsindən və yüksək mənəvi keyfiyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, akademikin fəaliyyəti bu gün də gənc nəslə örnəkdir.
Dəyirmi masada Milli Məclisin deputatı Pərvin Kərimzadə də iştirak edib. Deputat çıxışında Zərifə Əliyevanın həyat və fəaliyyətinin Azərbaycan qadınının müdriklik və fədakarlıq simvolu olduğunu vurğulayıb, onun elmi və ictimai irsinin daim yaşadılmasının vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçıları tərəfindən akademikin xatirəsi ehtiramla yad edilib və onun həyat yolunun gələcək nəsillər üçün örnək olduğu bir daha vurğulanıb.





