Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 27-də Andrey Babiş ilə keçirilən görüşdən sonra mətbuata verdiyi bəyanat ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. İlk görüşün məhsuldar keçməsi, həm ikitərəfli, həm də regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması tərəflər arasında qarşılıqlı etimadın və strateji baxışların üst-üstə düşdüyünü təsdiqləyir.
İqtisadi əməkdaşlıq da diqqət mərkəzindədir. Ticarət dövriyyəsinin 800 milyon dolları ötərək artım nümayiş etdirməsi müsbət dinamikanın göstəricisidir. Bununla yanaşı, ticarətin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi əsas prioritet kimi müəyyənləşdirilib. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes forum yeni iqtisadi tərəfdaşlıqlar üçün real imkanlar açır.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol və qaz ixracının 16 ölkəni əhatə etməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr xüsusi əhəmiyyət daşıyır. Çexiyanın bu sahədə təcrübəsi ilə Azərbaycanın artan istehsal potensialının birləşdirilməsi gələcəkdə birgə layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar isə əməkdaşlığın institusional əsaslarını daha da gücləndirəcək.
Milli Məclisin deputatı Fatma Yıldırım hesab edir ki, Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və qarşıdakı perspektivlər kifayət qədər genişdir. Bu tərəfdaşlıq Azərbaycanın həm regionda, həm də qlobal miqyasda mövqeyinin daha da güclənməsinə xidmət edir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



