Son dövrlərdə Avropa ölkələrinin yüksək səviyyəli dövlət başçılarının Azərbaycana ardıcıl səfərləri iki tərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm diplomatik proses kimi dəyərləndirilir. Bu səfərlər siyasi dialoqun genişlənməsi, iqtisadi və enerji sahəsində əməkdaşlığın dərinləşməsi, eləcə də regional və qlobal məsələlər üzrə ortaq maraqların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı deputat Vüqar İskəndərov Qaynarxett.az-a açıqlama verib.
Azərbaycan İlham Əliyevin rəhbərliyi altında çox uğurlu nəticələr əldə etməkdədir.Uğurlu, milli maraqlara söykənən və balanslaşdırılmış xarici siyasətimiz bizi hal-hazırda dünyanın ən stabil, ən uğurla inkişaf edən ölkələrindən birinə çevirməklə yanaşı, dünyadakı dostlarımızın sayını da artırmaqdadır. Son günlər Avropa ölkələrinin liderlərinin Azərbaycana gəlməsi, cənab Prezidentlə görüşmələri, bu görüşlərdə verilən bəyanatlar və imzalanan sənədlər dediklərimizə bariz nümunədir.
Hal-hazırda dünyada yeni siyasi konfiqurasiya formalaşdırılmaqdadır. Demək olar ki, qonşularımızda baş verən müharibələr – şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda İran-İsrail və ABŞ ilə bağlı gərginliklər – və bu ölkələrin yaxınlığında yerləşən Azərbaycanın sabitliyi, əmin-amanlığı, tərəqqisi və inkişafı digər ölkələrin Azərbaycana daha çox meyl etməsinə səbəb olur.
Təbii ki, uğurlu siyasətin nəticəsində dünya liderlərinin Azərbaycana artan marağı və qarşılıqlı faydalı əməkdaşlıqlar onu deməyə əsas verir ki, bu səfərlərin sayı yenə artacaq və bu günlərdə Giorgia Meloninin də Azərbaycana səfəri gözlənilir. Bu gün rəsmi Bakı Avropanın vazkeçilməz enerji tərəfdaşıdır, etibarlı dostdur. Ölkə başçısının sözü ilə imzası eynilik təşkil edir. Qətiyyətli lider olaraq Azərbaycan Prezidenti ilə görüşmək istəyən liderlər mütəmadi olaraq Azərbaycana gəlməyi düşünür, eyni zamanda Prezident tərəfindən onların ölkələrinə dəvət olunurlar.
Bütün bu qarşılıqlı səfərlər və imzalanan sənədlər ölkəmizin nüfuzunun artmasına gətirib çıxarır. Bu gün Avropa İttifaqı müəyyən çətinliklər və çağırışlarla üz-üzədir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar, Avropanın enerji asılılığının uzun müddət Rusiya ilə bağlı olması və yaranan böhran onları alternativ bazarlar axtarmağa məcbur edir. Bu məsələdə Azərbaycan vazkeçilməz enerji tərəfdaşıdır.
Bu baxımdan Avropa İttifaqına üzv və üzv olmayan digər Avropa ölkələri, o cümlədən Balkan ölkələri Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə formalaşmasında maraqlıdırlar. Digər tərəfdən, Azərbaycanın həmin ölkələrlə münasibətlərində fayda gətirə biləcək sahələr də kifayət qədərdir. Ölkəmizdə digər sahələrdə də yeni bazarlara ehtiyac yaranır və bu yalnız enerji ilə bağlı deyil. Aqrar sahədə, yeni texnologiyalar sahəsində əməkdaşlıq bu günün əsas tələblərindəndir.
Düşünürük ki, son səfərlər, bu səfərlərdə verilən bəyanatlar və imzalanan sənədlər ölkələrimiz arasındakı münasibətlərə yeni təkan verəcək və qarşılıqlı faydalı, uğurlu əməkdaşlıqlar ölkələrimizə mühüm töhfələr qazandıracaq.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





