İsmayıllı rayonunda təhsil sahəsində növbəti uğur qeydə alınıb. İsmayıllı şəhər E. Məmmədov adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülay Zərbiyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olub.
Bu münasibətlə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov qalib şagirdlə görüş keçirib. Görüş zamanı Gülay Zərbiyevanın əldə etdiyi uğurun həm məktəb, həm də rayon təhsili üçün önəmli olduğu vurğulanıb, onun əzmi və zəhməti yüksək qiymətləndirilib.
Qeyd olunub ki, bu nailiyyət təkcə şagirdin deyil, eyni zamanda onun müəllimlərinin də əməyinin nəticəsidir. Gülayı müsabiqəyə hazırlayan müəllimlərə təşəkkür ifadə olunub.
Sonda Gülay Zərbiyeva təbrik edilərək ona gələcək təhsil və fəaliyyətində yeni uğurlar arzulanıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Sosial / Təhsil
Siyasət
Sosial / Arasdirma
Sosial
gundem / Sosial / Təhsil





