Konfransın əsas məqsədi cəmiyyətin dayanıqlı inkişafında ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial-iqtisadi həyatda rolunun artırılması və uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsinə töhfə vermək olub.
Tədbir çərçivəsində səsləndirilən çıxışlar, təqdim olunan məlumatlar və aparılan müzakirələr aktual və əhəmiyyətli məqamlarla yadda qalıb.
Qeyd edək ki, tədbirdə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, “Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdiyeva da iştirak edib.





