Görüş zamanı deputat yalnız Məhəmməd Bayramlı ilə deyil, həm də məktəbin yaxşı oxuyan şagirdləri ilə bir araya gələrək onların təhsil və ictimai fəaliyyətləri ilə maraqlanıb.
Sahib Alıyev çıxışında yüksək təhsilin müasir dövrdə, xüsusilə süni intellekt erasında insanın gələcəyi üçün həlledici rol oynadığını vurğulayıb. O bildirib ki, çağırışlara hazır olmayan cəmiyyətlərin inkişaf perspektivləri məhdud olur.
Deputat həmçinin şagirdlərlə bölüşdüyü ikinci fikrində bilik və savadın insanın əlindən alınmayan ən böyük sərvət olduğunu qeyd edib. O, gənclərə daim öyrənməyə və bilikli yaşıdlarına bənzəməyə çalışmaları tövsiyə edib.
Sonda belə görüşlərin şagirdlərin motivasiyası və dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Deputat görüşün səmimi keçdiyini və gənclərə ötürülən fikirlərin onlarda müsbət təsir yaradacağına inamını ifadə edib.


