backend

Siyəzəndə “Musiqinin sehrli dünyası” adlı tədbir keçirilib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Musiqinin sehrli dünyası” adlı tədbirdə iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə istedadlı gənclərin peşəkar səviyyədə çıxışları izlənilib. Onların ifaları musiqi təhsilinə olan marağı, zəhməti və gələcək uğurlarının möhkəm əsaslarını nümayiş etdirib.

Deputat bildirib ki, Azərbaycanın zəngin musiqi irsinin gənc nəsil tərəfindən öyrənilməsi, qorunması və səhnədə məharətlə təqdim olunması hər bir iştirakçıda qürur hissi yaradıb və tədbirə xüsusi ruh qatıb.