backend

Deputat Pərvin Kərimzadə beynəlxalq konfransda iştirak edib

Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti tərəfindən təşkil olunan beynəlxalq elmi-praktik konfransda iştirak edib.

“Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusuna həsr edilən tədbir Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilib.

Konfrans çərçivəsində müasir təhsil yanaşmaları, innovasiyaların tətbiqi, eləcə də universitetlərin sənaye ilə inteqrasiyası istiqamətində geniş və maraqlı müzakirələr aparılıb. Çıxışlarda ali təhsil müəssisələrinin yeni sənaye çağırışlarına uyğunlaşması, elmi tədqiqatların istehsalata inteqrasiyası və kadr hazırlığının təkmilləşdirilməsi məsələləri ön plana çəkilib.

Qeyd olunub ki, bu cür beynəlxalq platformalar bilik və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır, eyni zamanda yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.