backend

Azərbaycan yeni layihələrin təşəbbüsakrıdır

Bu gün İtaliya Azərbaycanın Avropada, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür və Azərbaycan bu regionda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana etdiyi səfər də ölkələrimiz arasında əlaqəlrin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu. Prezident İlham Əliyevin mətbuata bəyanatında Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq yüksək səviyyədə təqdim olundu.”
Bunu açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Deputat fikirlərini davam etdirərək bildirib ki, Azərbaycan-İtaliya münasibətlərində siyasi əlaqələrlə yanaşı ticarət əlaqələri də xüsusi əhəmiyyət kəsb edir: “Dövlət başçımızın vurğuladığı kimi, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, ticari əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da ölkələrimiz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir. Qeyd edildiyi kimi, artıq birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər mövcuddur. Bu barədə geniş fikir mübadiləsi aparılıb. Cənab Prezident Azərbaycan-İtaliya münasibətlərinin bundan sonra da davamlı inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu xüsusi qeyd edib və bildirib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı bu gün uğurla inkişaf edir və Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoymaqla bu inkişafaöz təhfəsini verib. Diqqətəlayiq haldır ki, bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də görüş zamanı müzakirə mövzusu olunmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-İtaliya dostluğu bundan sonra inamla davam etdiriləcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.