backend

“Müstəqilliyimizin memarı-Heydər Əliyev”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönmü münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Qaynarxett.az xəbər verir ki, tədbirin davamı olaraq Xızı Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müstəqilliyimizin Memarı-Heydər Əliyev” adlı ədəbi-bədii konsert proqramı təşkil olunmuşdur. Konsert proqramında vətənpərvərlik ruhunda musiqilər səsləndirilmiş, şeirlər təqdim edilmiş və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.