Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
