Milli Məclisin deputatı Pərvin Kərimzadə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Türkiyə Cumhuriyyətinin Gəncə Baş Konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
Tədbirdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad olunub, gənclərin cəmiyyətin inkişafındakı rolu, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə fikirlər səsləndirilib.
Deputat Pərvin Kərimzadə çıxışında 19 May tarixinin türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, Atatürkün əsasını qoyduğu milli mübarizə ruhu bu gün də gənclərə örnəkdir. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Tədbir çərçivəsində bayram münasibətilə müxtəlif çıxışlar və bədii proqram təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







