Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər regionda yaranmış yeni geosiyasi reallıqların açıq ifadəsidir. Dövlət başçısının da vurğuladığı kimi, bu gün Cənubi Qafqazda sülhün əsas müəllifi Azərbaycandır. Xarici dairələrin, xüsusilə Fransanın Ermənistan üzərindən bölgəyə müdaxilə cəhdləri isə nəticəsiz qalmağa məhkumdur.
Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında deyib ki, Ermənistanın uzun illər təhlükəsizlik və siyasi dayağını Rusiyada axtarması, indi isə eyni yanaşmanı Fransa üzərindən davam etdirməyə çalışması rəsmi İrəvanın hələ də müstəqil və balanslı siyasət yürüdə bilmədiyini göstərir. Ermənistanın əsas problemi milli maraqlara söykənən regional siyasət formalaşdırmaq əvəzinə daim hansısa xarici gücün himayəsinə arxalanmağa çalışmasıdır. Tarix isə sübut edib ki, kənar güclərin geosiyasi maraqlarının alətinə çevrilən dövlətlər uzunmüddətli təhlükəsizlik və sabitlik əldə edə bilmirlər. "Prezident İlham Əliyevin "Biz istəməsəydik, sülh olmayacaqdı" fikri Azərbaycanın bölgədə formalaşdırdığı güc balansını və siyasi iradəsini bir daha nümayiş etdirdi. Dövlət başçısı həmçinin vurğuladı ki, Azərbaycan öz taleyinin sahibidir və heç bir xarici qüvvə bizim iradəmizə təsir göstərə bilməz.
Deputat xatırladıb ki, Emmanuel Makron administrasiyasının, ümumilikdə Fransanın son dövrlərdə nümayiş etdirdiyi yanaşmaların regionda sülh və etimad mühitinə mənfi təsir göstərdiyi Azərbaycan tərəfindən bir daha diqqətə çatdırılıb: "Prezident İlham Əliyev Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirərək qeyd edib ki, Ermənistanın silahlandırılması sülhə xidmət etmir, yeni risklər yaradır. Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib və bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə edəcək. Ermənistanın revanşist dairələrin təsiri altında yenidən təxribat yolunu seçməsi isə ilk növbədə elə İrəvanın özü üçün ağır nəticələr doğura bilər. Bu gün regionda təhlükəsizlik və əməkdaşlığın əsas təminatçısı Azərbaycan-Türkiyə birliyidir. Şuşa Bəyannaməsinin yaratdığı yeni siyasi reallıq fonunda kənar güclərin neoimperialist ambisiyaları artıq əvvəlki kimi nəticə vermir".
S.Hüseynova sonda qeyd edib ki, Zəngilanda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri fonunda verilən mesajlar Azərbaycanın postmünaqişə dövründə regionda yeni inkişaf və təhlükəsizlik arxitekturasını formalaşdırdığını göstərir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət





