backend

Zaur Şükürov Pirəkəşküldə vətəndaş qəbulu keçirəcək

Milli Məclisin deputatı Zaur Şükürov 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsi üzrə vətəndaş qəbulu keçirəcək.

Qəbul 22 may tarixində saat 14:00-da Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində baş tutacaq. Görüş zamanı vətəndaşların müraciətləri dinləniləcək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacaq.

Qəbulla bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Əlaqə nömrəsi: 055 283 63 67
E-mail: 47sayli_sd@meclis.gov.az
Ünvan: Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi