Qaynarxett.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevdeyib.
Millət vəkili Bakı-Tbilisi sürət qatarı xəttinin fəaliyyətinin bərpasını yüksək qiymətləndirərək, özünün də bu reysdən istifadə etmək niyyətində olduğunu vurğulayıb:
“Bakı-Tbilisi qatar xəttinin yenidən istifadəyə verilməsi həm vətəndaşlar, həm də region üçün çoxdan gözlənilən bir addımdır. Bu marşrut insanların daha rahat və əlçatan şəkildə səyahət etməsinə imkan yaratmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi, turizm və humanitar əlaqələrin genişlənməsinə xidmət edir. Şəxsən mən də bu xəttin bərpasını müsbət qarşılayır və bunu strateji addım hesab edirəm. Bilet satışları başladıqdan sonra, ilk imkan daxilində Tbilisiyə məhz qatarla səfər etməyi planlaşdırıram. Bu, həm komfort, həm də qiymət baxımından olduqca cəlbedici seçimdir”.
“Düşünürəm ki, bu cür təşəbbüslər quru sərhədlərinin açılması istiqamətində real zəmin yaradır. Qatar xəttinin fəaliyyətə başlaması artıq müəyyən yumşalmaların olduğunu və bu prosesin mərhələli şəkildə davam edəcəyini göstərir. Ən əsası, insanların sərbəst hərəkət imkanlarının genişlənməsi və regionda qarşılıqlı əlaqələrin güclənməsidir. Ümid edirəm ki, yaxın dövrdə quru sərhədlərinin tam açılması ilə bağlı daha konkret qərarların şahidi olacağıq”.




