Görüşdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Sosial Media Qrupunun nümayəndələri və təşkilatın fəal gəncləri iştirak ediblər.
Tədbir zamanı müstəqil Azərbaycanın inkişaf yolu, gənclərin dövlət və cəmiyyət həyatındakı rolu, milli dəyərlərin qorunması və müasir şəhərsalma yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə gənclərin təşəbbüslərinin dəstəklənməsinin vacibliyi vurğulanıb və onların müxtəlif sahələrdə fəallığının artırılmasının əhəmiyyətindən danışılıb.


