Bunu millət vəkilinin fəaliyyətinə qarşı sosial şəbəkələrdə başladılan növbəti dezinformasiya dalğasını və qara piar kampaniyasını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Məhəmməd Əsədullazadə deyib.
Partiya rəsmisi vurğulayıb ki, Razi Nurullayev həm parlamentdəki çıxışlarında, həm də ictimai görüşlərində uşaqpulunun verilməsi məsələsini dəfələrlə və cəsarətlə gündəmə gətirib. Onun sözlərinə görə, deputatın daim xalqın yanında olması rəqiblərini qanunsuz addımlara sövq edir:
“Razi Nurullayev uşaqpulu məsələsini hər zaman əsas sosial prioritetlərdən biri kimi təqdim edib və bu təşəbbüs cəmiyyət tərəfindən də ciddi şəkildə dəstəklənir. Son günlər bəzi sosial şəbəkə platformalarında onun əleyhinə qara piar kampaniyasının aparıldığı və adından saxta məlumatların yayıldığı müşahidə olunur. Bu cür dezinformasiyalar birbaşa onun siyasi nüfuzuna zərbə vurmağa hesablanıb. Lakin deputatın seçicilərlə keçirdiyi görüşlər, qaldırdığı sosial məsələlər və ictimai fəaliyyətinin geniş dəstək qazanması müəyyən dairələrdə sadəcə narahatlıq və qısqanclıq yaradır”.
“Hər bir halda, ictimaiyyət arasında saxta və yalan məlumatların yayılması hüquqi məsuliyyət yaradır və bu cür hallara qarşı qanun çərçivəsində sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda Razi Nurullayev fəaliyyətinin əsas istiqaməti seçicilərin sosial maraqlarının müdafiəsi və ictimai problemlərin gündəmdə saxlanılmasından ibarətdir. Heç bir saxta kampaniya bu fəaliyyətə mane ola bilməyəcək”.


