Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Bigə Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır: “Nəzərə almaq lazımdır ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas qarantı kimi çıxış edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Şuşa Bəyannaməsi faktiki olaraq ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və mövcud əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri də məhz Şuşa Bəyannaməsinin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir və Azərbaycan ilə Türkiyə arasında yeni əməkdaşlıq formatının daha geniş iqtisadi perspektivlərini ortaya çıxarır. Birmənalı olaraq deyə bilərik ki, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” – deyə, Azər Kərimli açıqlamasını başa çatırıb.




