backend

Deputat Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ŞKTC Parlamentinin sədri Ziya Öztürkler ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Ziya Öztürkler ilə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları müzakirə olunub.
Tərəflər türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, qanunverici orqanlar arasında əlaqələrin inkişafının bu istiqamətdə mühüm rol oynadığını bildiriblər. Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Deputat Anar Məmmədov Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan qardaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Parlamentin sədri Ziya Öztürkler isə nümayəndə heyətini salamlayaraq bu cür qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Görüş xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.