backend

Deputat Anar Məmmədov Şimali Kiprdə 20 İyul Sülh və Azadlıq Bayramına həsr olunan rəsmi qəbulda iştirak edib

Milli Məclisin deputatı Anar Məmmədov Şimali Kipr Türk Respublikası (ŞKTR) Respublika Məclisinin Sədri Ziya Öztürklər və xanımı Oya Öztürklər tərəfindən 20 İyul Sülh və Azadlıq Bayramının 52-ci ildönümü münasibətilə təşkil olunan rəsmi qəbulda iştirak edib.

Qaynarxett.az xəbər verir ki, rəsmi qəbulda Şimali Kipr Türk Respublikasının dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində 20 İyul Sülh və Azadlıq Hərəkatının tarixi əhəmiyyəti vurğulanıb, Şimali Kipr Türk Respublikasının inkişafı, regional əməkdaşlıq və türk dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Deputat Anar Məmmədov qəbul zamanı bir sıra rəsmi şəxslərlə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Tədbir səmimi və dostluq şəraitində başa çatıb.