Son günlər AMEA-da baş verən hadisələrlə bağlı geniş məlumatlar yayimlandı.
Alim adı altında bəzi şəxslər elmi işlərlə məşğul olmaq əvəzinə, elimdən kənar, elimə aid olmayan məsələlər ilə məşğul olduğu vurğulanırdı. Əlbətdə ki, bu cür iradlar nəinki elmimizə, hətta alimlərimizə qarşı ən böyük zərbə idi.
DOSYE.ORG-ın apardığı araşdırmalarına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov elim ocağında böyük narazılıqlar yaradıb. Bir sözlə, elim ocağında dövlətimizə, eimin inkişafına sədaqətlə xidmət edən şərəfli insanları AMEA-dan uzaqlaşdırır, İranda təhsil alan və özünü yalandan “elmlər doktoru” kimi təqdim edən Ələddin Məlikova meydan verir. Xatırladaq ki, ötən yazılarımızın birində Ə. Məlikovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və digər qurumlara ismaric vermişdik. Onu da diqqətinizə çatdıraq ki, Ə. Məlikov AMEA-da özünü söz sahibi və prezident kimi göstərməyə çalışıb. Yəni, rəhbər olduğu şöbədə kimin işləyib, kimin işləməyəcəyinə Arif Həşimov deyil, məhz “elmlər doktoru” qərar verməlidir.
Bu günlərdə AzTV dövlət televiziyası da AMEA da baş verən biabırçılıqları, eyni zaman da AMEA-nı mənasız quruma çevirən rəhbərliyini sərt şəkildə tənqid etdikdən sonra hər şeyə aydınlıq gəldi. Bundan sonra ölkə prezidenti cənab İlham Əliyev AMEA ilə bağlı sərəncam imzaladı. Təbii ki, prezidentin bu addımı elm adamlarını ürəkdən sevindirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimovla bağlı faktlara əsaslanan məqalə hazırlanır. Məqalədə “MEHMAN” filimində “kaloş” ləqəbinə geniş yer veruiləcək. Bizi izləməyi unutmayın…