
Məktəb direktoru Qasımova Marusa, Rusif Məmmədovun həyat yoldaşını yarım ştat işə götürsədə, özünü isə, sadə dildə desək, çöldən-çölə işlədib. Yani məktəbi isitmək üçün gətrilən odunların yarılması və digər fiziki işlər gördürüb, lakin zəhmət haqqı pulları 30-40 manat civarında verilib.

Rusif Məmmədovun Xəbəral.az-a verdiyi məlumata görə, onun fiziki işindən istifadə edilsə də, məktəb direktoru öz yaxın qohumunu işə götürüb onların əmək haqqlarını mənimsəyib.
Vətəndaş Rusif Məmmədovun dediklərinə görə, maaşının günə muz alması və az olması ilə bağlı yaxın qohumlarına danışdığı zaman onlar deyib ki, sənin maaşın bu qədər az ola bilməz. Bundan sonra Rusif Məmmədov Respublika Prokurorluğuna və aidiyyatı üzrə müraciət etdikdən sonra cəm maaşını ala bilib. Əvvəllər isə ən çox maaş alanda 100 manat pul alıb.
Vətəndaş qeyd edir ki, məktəb direktoru Marusa Qasımova onun zəhmət haqqını mənimsəyib. Dəfələrlə Təhsil Nazirliyinə şikayət etsə də məktəb direktoru öz vəzifəsində qalıb, özünə məxsus işləri davam etdirməkdədir.

Nəzərinizə çatdıraq ki, Rusf Məmmədovun yerinə artıq, direktor işə adam götürüb.

