İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarınınistismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdətədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və təbiisərvətlər nazirliyi yanında Dövlət Mineral XammalEhtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıxəməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlərkeçirilib və sahələrə səfərlər təşkil olunub.
Monitorinq və qiymətləndirmə zamanı sahələrin texnikiəlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyefxüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatlarıüzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammalehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqlarınistismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədiləmərhələli şəkildə tarixi-geoloji məlumatların təhliliaparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonuərazilərində yerləşən “Güzdək muldası” üzrə hazırlanmışkəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıqbaşlanılıb. İyun ayından etibarən isə İmişli yatağı üzrəmüvafiq işlərə başlanılması nəzərdə tutulur.
Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərbbölgələrində yerləşən yataqlar — Zaqatala rayonundakı“Katexçay I və II”, Balakən rayonundakı “Balakənçay I vəII” və Oğuz rayonundakı “Ağçay I” qum-çınqıl yataqlarıüzrə fəaliyyətə növbəti mərhələdə başlanılmasıplanlaşdırılır.
Bu, yataqların xüsusilə paytaxt Bakı olmaqla əsasistehlak bazarlarından uzaqda yerləşməsi, mövcudinfrastruktur imkanlarının məhdudluğu, relyefxüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski iləəlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulangüzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlardahasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesabolunur. “AzerGold” QSC-nin dövlət şirkəti olaraq əsasfəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipiəsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkətüçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ölkəmizdə qeyri-filiz faydalı qazıntılarısektoru üzrə mühüm institusional islahat mərhələsi kimiqiymətləndirilən “Yerin təkindən istifadə sahəsindəfəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyətistisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında vəSərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanınəsas məqsədi yerin təkindən istifadə sahəsindəidarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir.
Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza vəhərrac proseslərinin “Rəqəmsal ekologiya” sistemiüzərindən “bir pəncərə” prinsipi ilə aparılması nəzərdətutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətingücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmətedəcək. Görülən işlər həm ekoloji problemlərin aradanqaldırılmasına, həm də ətraf mühitin mühafizəsinin dahasəmərəli tənzimlənməsinə şərait yaradacaq. Eynizamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətlixammal istehsalına, yeni iş yerlərinin açılmasına vəsahibkarlar üçün daha əlverişli biznes mühitininformalaşmasına şərait yaradacaq.
Qeyd edək ki, dövlət başçısının sözügedən Fərmanıqeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənintəkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ərzində“AzerGold” QSC tərəfindən beynəlxalq nüfuzlu “Boston Consulting Group” şirkətinin iştirakı ilə qeyri-filiz faydalıqazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyəttəhlil edilib. Müxtəlif dövlət qurumlarının və sahibkarlarıniştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrəqiymətləndirmələr aparılıb. 2025-ci il ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur vədigər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərəalınmaqla institusional idarəetmənin və normativ-hüquqibazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraqNazirlər Kabinetinə təqdim edilib.










