backend

Təhsilə yeni “tövhə” – 145 saylı məktəbin şagirdləri sinifdə domino çırpır – VİDEO

Bakınin Nizami rayonunda yerləşən Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin şagirdləri sinifdə domino çırpır.

Turantv.Az xəbər verir ki, sosial şəbəkələrdə təhsilimiz üçün utancverici video yayılıb. Belə ki, sinifdə şagirdlərin özbaşınalığı o həddə çatıb ki, çayxana ilə məktəbi səhv salıblar. Sinifdə domino oynayan şagirdlər hətta video çəkib sosial şəbəkədə paylaşmağı da özlərinə fəxr biliblər.
Hadisə Pərvanə Abbasovanın rəhbərlik etdiyi 145 saylı məktəbdə baş verib. Görüntülərdəndə göründüyü kimi direktorun təhsilimizə tövhəsi sinifdə şagirdlərin dərs oxumaq əvəzinə domino çırpmağıdır.

Turantv.Az həmin videonu sizə təqdim edir:

Mənbə: AZİNFORM.AZ