backend

Yazgül Abdiyeva Afaq Bəşirqızını təbrik etdi

Əziz və dəyərli Afaq xanım Bəşirqızı,
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Xalq artisti, görkəmli aktrisa kimi Azərbaycan teatr və kinosunun inkişafına verdiyiniz misilsiz töhfələr, yaratdığınız unudulmaz obrazlar və sənətə olan sevginizlə xalqımızın qəlbində silinməz iz qoymusunuz.

Gülüşünüz, enerjiniz və sənətinizlə illərdir milyonların qəlbinə sevinc, zövq və pozitivlik bəxş etmisiniz. Eyni zamanda siz gənc kadrlara daima dəstək olan, müəllimlik fəaliyyəti ilə yeni nəsil aktyorların yetişməsinə töhfə verən dəyərli sənətkarımızsınız.

Bu il həm də dəyərli Xalq artistimizin atası — görkəmli gülüş ustası, teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 100 illiyidir. Onun yaratdığı obrazlar bu gün də sevilir və xatırlanır.

Afaq xanım, onun sənət yolunu ləyaqətlə davam etdirərək Azərbaycan səhnəsinin ən parlaq simalarından birinə çevrilən şəxsdir.

Sənət yolunuz daim işıqlı, gülüşünüz əbədi olsun.

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmlər doktoru Yazgül Abdiyeva