Qaynarxett.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov da iştirak edib. Deputat ideyaton çərçivəsində gənclərlə birbaşa ünsiyyət qurub, onların innovativ ideya və təşəbbüslərini dinləyib.
Qeyd olunub ki, bu cür platformalar gənclərin potensialının üzə çıxarılması, yaradıcı düşüncənin və təşəbbüskarlığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan gəncliyi ölkənin bu günü və gələcəyidir və onların fəallığı cəmiyyətin inkişafına töhfə verir.
Sonda ideyatonun bütün iştirakçıları və qalibləri təbrik olunub, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.




