Qaynarxett.az xəbər verir ki, yollayışlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərinə verilib. Üzvlər e-AHİK elektron rezervasiya sistemi (www.e-ahik.az) vasitəsilə onlayn qeydiyyatdan keçərək bu imkandan faydalanıblar.
Məlumata görə, fevral ayı ərzində ümumilikdə 980 nəfər sanatoriya-kurort yollayışlarından istifadə edib.
Qeyd edək ki, bu cür sosial dəstək tədbirləri həmkarlar ittifaqları tərəfindən mütəmadi olaraq həyata keçirilir.





