Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub
Milli Məclisin deputatı Razi Nurullayev komitənin bu gün keçirilən iclasında çıxış edərək qanuna təklif edilən dəyişikliklərin birinci oxunuşda plenar iclasa tövsiyə olunmasını dəstəkləyib.
Deputat bildirib ki, dəyişikliklər ümumilikdə mütərəqqi xarakter daşıyır və kənd təsərrüfatı ilə məşğul olan fermerlərin üzləşdiyi bir sıra praktik çətinliklərin aradan qaldırılmasına xidmət edir. Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda fəaliyyətə mane olan yaşıllıqların götürülməsi üçün hüquqi əsasların dəqiqləşdirilməsi mühüm yenilikdir.
Razi Nurullayev qeyd edib ki, qanuna əlavə edilən 13.1.7-ci maddə fermerlərə öz torpaqlarından daha səmərəli istifadə imkanı yaradır və uzun illər mövcud olan hüquqi boşluğu aradan qaldırır.
Eyni zamanda, kolların kəsilməsi ilə bağlı “məlumatlandırma icraatı”nın tətbiqi də müsbət addım kimi qiymətləndirilib. Yeni mexanizmə əsasən, fermerlər əvvəlcədən məlumat verdikdən sonra 10 gün ərzində etiraz olmadığı halda fəaliyyətə başlaya biləcəklər.
Bununla belə, deputat bəzi məqamlara da diqqət çəkib. O, ağacların bərpa dəyərinin fermerlər üçün maliyyə yükü yarada biləcəyini, həmçinin 10 günlük icraat müddətinin praktikada süni uzadılma riskləri daşıdığını bildirib.
Razi Nurullayev sonda qeyd edib ki, dəyişikliklərin effektiv olması üçün tətbiq mexanizmlərinin sadələşdirilməsi və inzibati prosedurların optimallaşdırılması vacibdir.
Qanun layihəsi komitə tərəfindən birinci oxunuş üçün plenar iclasa tövsiyə edilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Sosial / Təhsil





