backend

Masallıda nümunəvi addım:Oxu klubuna dəyərli nəşrlər hədiyyə olundu

Dəmirçi kənd məktəbində yeni oxu klubu yaradıldı – dəyərli kitablar hədiyyə olundu
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr olunan bir sıra dəyərli kitablar Masallı rayonunun Dəmirçi kənd orta məktəbinin nəzdində fəaliyyət göstərən kitabxanada yaradılmış yeni oxu klubuna təqdim edilib.
Oxu klubuna hədiyyə olunan nəşrlər sırasında Vahid Əzizin “Yaşadım, yaşamaq ehtiyacında”, Arzu Nağıyevin “Qara kabus”, Ceyhun Məmmədovun “Gənclərə tövsiyələr” və Əkbər Qoşalının “Seçilmiş əsərləri” yer alıb.
Bu təşəbbüsün əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların mütaliəyə marağını artırmaq və sağlam düşüncəli, bilikli gənclərin yetişməsinə dəstək verməkdir. Kitabların oxu klubuna verilməsi şagirdlərin dünyagörüşünün genişlənməsi, söz ehtiyatının zənginləşməsi və mənəvi dəyərlərə bağlılığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən bu kimi layihələr gənclər arasında kitab oxuma vərdişlərinin formalaşmasına və intellektual inkişafın təşviqinə xidmət edir.
Təşkilatçılar inanırlar ki, bu addım gələcəkdə daha geniş oxucu kütləsinin formalaşmasına və gənclərin biliklərə marağının artmasına mühüm töhfə verəcək.