Qaynarxett.az xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Daha sonra şəhidin adına salınan parkda onun büstü önündə təşkil olunan anım mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər mayor Amid Heydərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, torpaqlarımızın azadlığı uğrunda apardığı şərəfli döyüş yolundan bəhs ediblər. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.
Deputat Vasif Qafarov şəhid ailələrinə və yaxınlarına başsağlığı verərək, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının davamlı olduğunu vurğulayıb.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə deputat qeyd edib.







