Qaynarxett.az xəbər verir ki, ziyarət çərçivəsində deputat sığınacağın rəhbəri Kəmalə Ağazadə ilə görüşərək burada həyata keçirilən sosial layihələr, uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və rifahının təmin olunması istiqamətində görülən işlərlə yaxından tanış olub.
Görüş zamanı sığınacaqda yaradılmış şərait, uşaqlara göstərilən qayğı və sosial xidmətlərin keyfiyyəti barədə ətraflı məlumat verilib. Deputat müəssisədə formalaşdırılan təhlükəsiz və dəstəkləyici mühitin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Göydəniz Qəhrəmanov bildirib ki, uşaqların təhlükəsiz, sağlam və xoşbəxt gələcəyinin təmin edilməsi cəmiyyətin qarşısında duran ən vacib vəzifələrdən biridir. O, bu istiqamətdə fədakarlıqla çalışan Kəmalə Ağazadəyə və sığınacağın kollektivinə təşəkkürünü ifadə edərək fəaliyyətlərində uğurlar arzulayıb.
Deputat qeyd edib ki, belə sosial yönümlü müəssisələrin fəaliyyəti ölkədə humanist dəyərlərin, sosial həmrəyliyin və uşaqların hüquqlarının qorunmasına verilən önəmin bariz nümunəsidir.






