backend

Avropa ilə qurulan bağ regionu münaqişələrdən azad edəcək… Deputat

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana reallaşan səfərini və dövlət başçısının bəyanatlarını Sosdem.az-a dəyərləndirən Milli Cəbhə Partiytasının başqanı, deputat Razi Nurullayev Bakı ilə Brüssel arasında qurulan strateji tərəfdaşlığın regionun geosiyasi mənzərəsini dəyişdiyini bildirib.
Deputat münasibətlərdə görünməmiş bir dinamika ollduöunnu qeyd edib:
“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Cənubi Qafqazdakı ümumi ticarətin təxminən 70 faizinin məhz ölkəmizin payına düşməsi regional liderliyimizin mütləq göstəricisidir. Enerji sahəsində tərəfdaşlığımız da pik həddədir. Son dörd ildə Avropaya təbii qaz ixracımız 65 faiz artıb və bu coğrafiya daha da genişlənir. 3500 kilometrlik Cənub Qaz Dəhlizi qitənin əsas arteriyasıdır. Bunun ardınca gələn bərpaolunan enerji əməkdaşlığı – yəni yaxın illərdə əldə oluncaq 8 giqavatlıq yaşıl enerji potensialı Azərbaycanı Avropanın strateji yaşıl tərəfdaşına çevirir”.

Ermənistanla münasibətlərin normallaşması prosesinə və bölgədəki yeni humanitar addımlara toxunan millət vəkili əlavə edib kiYerəvanla de-fakto sülh artıq reallıqdır: 
“Azərbaycan bu sülhün kağızda qalmaması üçün mühüm birtərəfli addımlar atdı: Ermənistana yüklərin tranzit məhdudiyyətini tam qaldırdıq, onlara benzin və dizel təchiz etməyə başladıq. Biz sülh şəraitində yaşamağı öyrənirik. Avropa Komissiyasının bu prosesə verəcəyi dəstək Cənubi Qafqazı hər hansı ərazi iddialarından azad, təmiz tərəfdaşlıq regionuna çevirəcək”.