backend

Qubanın Zərqava kəndində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

13 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Zərqava kənd ərazi partiya təşkilatında “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib” mövzusunda tədbir keçirilib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu və regional əməkdaşlığın inkişafına verdiyi töhfələr barədə geniş fikir mübadiləsi aparılıb.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, siyasi və iqtisadi imkanlarının genişlənməsinə, eləcə də beynəlxalq tərəfdaşlarının sayının artmasına mühüm şərait yaradıb.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, əldə edilən Qələbə regionda yeni reallıqlar yaradıb və Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, Qarabağ və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi inkişafının yeni mərkəzlərinə çevrilməsindən bəhs edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkənin gələcək inkişafı, təhlükəsizliyi və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.