Qaynarxett.az xəbər verir ki, görüşlər hər iki kəndin mərkəzlərində təşkil olunub. Kültəpə kəndində keçirilən görüşdə Kültəpə ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Cümşüd Novruzov iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sakinlər tərəfindən ünvanlı sosial yardımın göstərilməsi, məşğulluq və işsizliklə bağlı çətinliklərin aradan qaldırılması, kənddə su probleminin həlli, eləcə də digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qaldırılan bütün məsələlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq məlumatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Vətəndaşlara müraciətlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.
Görüşlər zamanı, həmçinin 11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri, səfər çərçivəsində diqqətə çatdırılan məsələlər və gələcəkdə regionda həyata keçiriləcək dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.
Kültəpə və Kərimbəyli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







