backend

YENİ DİREKTORUN "YENİ HİKKƏSİ" - Bərdə pambıq zavodunda nə baş verir?

"Sizə bildirik ki, biz 2017 ci ildən "Azərpambıq" istehsalı və emalı zavodunun Bərdə filalında fəhlə işləyirik. 3,4 ay bundan əvvəl direktor təyin olunmuş Səyavuş Qurbanov bizləri əsassız səbəbdən təhid edərək işdən çıxmağımzı tələb edir: "Laçınlılar burada işləyə bilməz. Niyə torpaqlarınızı qoyub qaçmısınız?" deyə bizləri təhqir edir və deyir ki, gedin öz rayonunzda işləyin, mənim sizlərin heç birinə borcum yoxdur. Gedin hara istəyirsiniz şikayət edin. Mən heç kimdən qorxmuram. Sizin kimi zibillər mənə neynəyəcək."

Bu şikayət ərizəsini Qaynarxett.az-a Bərdə rayonunda  məskunlaşmış bir qurup qacqın vətəndaş göndərib. Şikayətcilər yazır:

"Sanki burada fəhlələr burada özlərini əsir düşmüş kimi hesab edir. Hərəmizin 2-3 körpə uşağı var. Ailədə tək gəlir gətirən bizik. Bir çoxlarımız 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş insanlarıq. İş o yerə catıb ki, Səyavuş Qurbanov məcubri köçkün, 2 övladı hərbidə olan ananı birbaşa işdən azad edib və deyib övladlarını gətir səni saxlasın, hərbiyə mən göndərməmişəm ki.

Bizim tək ümüd yerimiz dövlətimiz və dövlət başçımızdır. Artıq dərəcədə xahiş edirik o körpə uşaqlarımızın ac qalmaması və insanlıq xatirinə bizlərə işdə qalmağımız üçün kömək edəsiniz."


p.s  

Əməkdaşımız "Azərpambıq" istehsalı və emalı zavodunun Bərdə filalının direktoru Səyavuş Qurbanovla telefon əlaqəsi saxlayaraq qarşı tərəf kimi şikayət məktubunda göstərilən faktlara aydınlıq gətirməsini xahiş etmişdir. Səyavuş müəllim göstərilən faktları araşdırdıqdan sonra redaksiyamıza məlumat vermişdir ki, şıkayətcilər Zulfuqarli Qara Vahid oglu, Mənsumov Məmmədyar Vahid oglu və Zeynalov Sirxan Barat oglu hazirda zavodda isləyir və müqvilə baglama vaxtları 11.05.2022-ci il tarixdə bitəcəkdir.

Zeynalova Asiya Kamil qizi isə 18 aprel 2022-ci tarixində öz ərizəsinə əsasən isdən azad olunub. 


Qaldı onların haqqımda yazdıqlarına, idarədə onları nəinki mən, hec kim təhdid və təhqir etməyib, bütün bunlar şər və böhtandır.

Qaynarxett.az olaraq Səyavuş Qurbanova redaksiyamıza diqqət ayırdıgına görə təşəkkürümüzü bildirir, təki belə olsun deyirik.

MÖVZUNU DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAGIQ.

Qaynarxett.az