backend

Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb - FOTO

Oğuz rayonunun Yemişənli kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, 700 nəfər sakini olan kəndin yolunun uzunluğu cəmi 2 kilometr olsa da, heç vaxt təmir olunmayıb. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sağ qolu olan bu yolda çoxlu çalalar əmələ gəlib və yağış yağdıqdan sonra onlar su ilə dolur. Son nəticədə nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.

"Yolun vəziyyətinə görə başqalarının da, mənim də avtomobilim tez-tez sıradan çıxır. Gediş-gəliş çox çətindir. Mən özüm taksi sürücüsüyəm. Gedirəm-gəlirəm, maşınım xarab olur. Yağışı var, qarı var, seli var. Yol düzəlsə yaxşı olar", - deyə kənd sakini Veysəl Qasımov bildirib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, həmin yolun vəziyyəti ilə bağlı məlumatlıdırlar: "Bu yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılan kimi agentliyimiz təmiri işləri həyata keçirəcək".

Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb
Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb
Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb
Oğuzun Yemişənli kəndinin yolu yararsız vəziyyətə düşüb